Şimali Koreya yumşalmağa başlayıb
17 Avqust 2009 Bazar Ertəsi 20:40
KXDR Cənubi Koreya ilə sərhədləri açmağa razılıq verdi

Koreya Xalq Demokratik Respublikasının (KXDR) turizm və ailələrin bir-birinə qovuşması üçün Cənubi Koreya ilə sərhədləri açmağa razılıq verib. ANS PRESS-in “BBC”yə istinadən verdiyi xəbərə görə, bu barədə KXDR-nın kütləvi informasiya vasitələri məlumat yayıb.

KİV-in digər məlumatına görə, bütün ölkə Cənubi Koreya-ABŞ birgə hərbi təlimlərinin keçirilməsilə əlaqədar olaraq yüksək hazırlıq səviyyəsinə gətirilib.

Sərhəd rejiminin zəiflədilməsi KXDR lideri Kim Çen İrlə Cənubi Koreyanın “Hyundai” konserninin rəhbəri arasında aparılan danışıqlardan sonra baş verib.

Xatırladaq ki, “Hyundai”ın sədri Xyon Çjon In şirkətin həbs olunmuş əməkdaşının azad edilməsi barədə də rəsmi Pxenyanla razılıq əldə edib. O martda Pxenyan rejiminə qarşı tənqiddə ittiham olunaraq həbs edilib. Həmçinin Şimali Koreya bu yaxınlarda iki amerikalı jurnalisti də azad edib. /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar