Şimali Koreya yenə cəzalandırıldı
30 Avqust 2010 Bazar Ertəsi 23:50
Birləşmiş Ştatlar Pxenyana qarşı yeni maliyyə qadağaları tətbiq edib.
Amerika Birləşmiş Ştatları Koreya Xalq Demokratik Respublikasına qarşı yeni maliyyə qadağaları tətbiq edib. Müvafiq sərəncamı ABŞ prezidenti Barak Obama imzalayıb. Məlumata görə, Obamanın imzaladığı sənədə uyğun olaraq silah alışı və satışına qadağalar qoyulub.
Eyni zamanda qadağalar siyahısına daha üç dövlət şirkətinin və bir KXDR vətəndaşının da daxil ediləcəyi bildirilir. Onların aktivlərinin dondurulması nəzərdə tutulub. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: