Şimali Koreya Yaponiyanı hədələdi
27 İyun 2009 Şənbə 16:50
Rəsmi Pxenyanın bildirdiyinə görə, Yaponiyaya məxsus təyyarə hava casusluğu ilə məşğul olub

Koreya Xalq Demokratik Respublikası (KXDR) ona məxsus hava məkanında görünəcək istənilən Yaponiya təyyarəsini vuracağı ilə hədələdi. ANS PRESS-in “İtar-tass”a istinadən verdiyi xəbərə görə, Koreya ordusunun adından bu cür bəyanatla şənbə günü Şimali Koreyanın “TSTAK” rəsmi dövlət agentliyi çıxış edib.
 
"İyunun 25-i səhər saat 8:30-da Yaponiya aviabazası ərazisindən havaya qalxan E-767 tipli təyyarə Musudan-ni-dən şərqə dəniz üzərindəki hava məkanında patrul çəkib", - deyə TSTAK-ın məlumatında bildirilir. Rəsmi Pxenyanın bildirdiyinə görə, Yaponiyaya məxsus təyyarə hava casusluğu ilə məşğul olub.
 
"Koreya Xalq Ordusunun Hərbi Hava Qüvvələri Yaponiya tərəfindən hava casusunun ortaya çıxmasına heç bir halda davam gətirmək niyyətində deyil və KXDR-in hava məkanına bir qədər də daxil olacaq təyyarəni xəbərdarlıq etmədən vuracaq", - deyə agentliyin məlumatında qeyd olunur. /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar