Şimali Koreya ultimatum verdi
16 Aprel 2013 Çərşənbə Axşamı 10:21
Rəsmi Pxenyan heç bir xəbərdarlıq edilmədən hücum edəcəyini bəyan edib.
Şimali Koreya Cənubi Koreyaya ultimatum verib. Ultimatumda deyilir ki, Cənubi Koreya tərəfindən təxribat olacağı təqdirdə Pxenyan heç bir xəbərdarlıq edilmədən cavab tədbirləri görəcək. Şimali Koreya rəhbərliyi bütün düşmən mövqeli hərəkətlərə görə üzr istənilməsini də tələb edib.
Pxenyan həmçinin Cənubi Koreya rəhbərliyinin "bir qrup marionet oyuncağından başqa bir şey olmadığını" bəyan edib. Cənubi Koreya isə Pxenyanın ultimatumunu rədd etdiyini bəyan edib.
Qeyd edək ki, ötən gün Şimali Koreya dövlət bayramını - respublikanın qurucusu Kim İr Senin 101-ci doğum gününü təntənəli şəkildə qeyd edib. Kim İr Senin hazırda ölkəni idarə edən nəvəsi Kim Çen In isə hakimiyyətə gəldikdən bəri bir neçə dəfə Seul və Vaşinqtona xəbərdarlıq edib.
DOSTLARINLA PAYLAŞ: