Şimali Koreya raketlərini ABŞ-a tuşladı
05 Aprel 2013 Cümə 14:51
Müharibəyə son hazırlıqlar yekunlaşır.
Şimali Koreya hökuməti bu gün səhər saatlarında iki ortaməsafəli raketin hazır vəziyyətə gətirildiyini bəyan edib. Bu barədə jurnalistlər üçün birifinqdə danışan Cənubi Koreya müdafiə nazirliyinin rəsmisi şimal qonşularının hansı növ raketlərdən istifadə edəcəyini bilmədiyini desə də, raketlərin Amerika Birləşmiş Ştatlarının Quam adasına vura bilmə ehtimalını istisna etməyib.
“Biz Şimali Koreyanın şərq sahillərinə yerləşdirdiyi raketlərin növünü təsdiq edə bilməmişik, amma əgər bu Musudan raketləridirsə, bu Quama qədər uça bilər. Bu raketlərin atış məsafəsi 3-4 min kilometrə çatır. Quamda ABŞ-ın hərbi bazası mövcuddur və Koreya yarımadasında təlimlərdə iştirak edən əsgərlər yerləşdirilib. Ona görə fikirləşmirəm ki, bu amillər mümkün gərginliyin azalmasında yardımçı olacaq”, - Cənubi Koreya Müdafiə Nazirliyinin mətbuat katibi Kim Min-Syok belə deyib.
Qeyd edək ki, Şimali Koreya ABŞ-Cənubi Koreya birgə təlimlərinə cavab olaraq mart ayınıdan etibarən hərbi ritorikanı gücləndiri və bunun bu ayın sonlarınadək davam edəcəyi gözlənilir.
DOSTLARINLA PAYLAŞ: