Şimali Koreya Qərbə ultimatum verdi
06 Mart 2013 Çərşənbə 09:57
Təhlükəsizlik Şurası sanskiya tətbiq edəcəyi təqdirdə, yeni Koreya müharibəsi başlaya bilər.
ABŞ Şimali Koreyanı son nüvə sınaqlarına görə cəzalandırmaq məqsədilə BMT Təhlükəsizlik Şurasına qətnamə layihəsi çıxarıb. ABŞın BMT-dəki səfiri Süzan Rayzın müzakirəyə çıxardığı qətnaməni Vaşinqtonla siyasətləri o qədər də üst-üstə düşməyən Çin belə dəstək göstərib.

Süzan Rayzın dediyinə görə, qətnamə layihəsində Pxenyanı bu vaxta qədər üzləşmədiyi ən sərt sanksiyalar gözləyir. Müzakirə olunana sanksiyalara diplomatların və nümayəndə heyətlərinin persona-non-qrata élan edilməsi və beynəlxalq uçuşlarına qadağa qoyulması, bank sisteminin beynəlxalq banklarla əməkdaşlığının dayandırıması və s. kimi sərt tədbirlər daxildir.

“Şimali Koreya Birləşmiş Ştatlarında bu vaxta qədər tətbiq etdiyi ən sərt sanksiyalara məruz qalacaq. Bu sanksiyalar müstəsna çevrəni əhatə edir. Bu beynəlxalq İctimaiyyətin dünyanın nüvə silahlarından azad etmək borcuna nə qədər güclü şəkildə sadiq olduğunu göstərir”, - deyə ABŞ-ın BMT-dəki səfiri bildirib.

Bu arada rəsmi Pxenyan, Təhlükəsizlik Şurasının ona qarşı sanksiyalar qəbul edəcəyi təqdirdə Koreya müharibəsinə son qoymuş 1953-cü ilin sülh müqaviləsini ləğv edəcəyini bəyan edib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar