Şimali Koreya növbəti nüvə sınağı keçirməyə tələsmir. Bu barədə RİA Novosti agentliyinə Rusiyanın hərbi qüvvələrindən nümayəndə bildirib.
“Əldə olunan məlumata görə nüvə obyektlərində son bir neçə gündə intensiv fəaliyyət aşağı düşüb. Ola bilsin ki, Şimali Koreya növbəti nüvə sınağı keçirməyi planlaşdırır və yaxud da onlar sadəcə fasilə ediblər ”- nümayəndə bildirib.
Onun sözlərinə görə, Rusiya Şimali Koreyada nüvə sınağını diqqətlə izləyir. /ANS PRESS/