Şimali Koreya lideriində mədəaltı vəzin xərçəngi var
13 İyul 2009 Bazar Ertəsi 06:30
Bu barədə məlumatı Cənubi Koreya televiziyalarından biri təcili xəbər kimi yayıb və mənbəni göstərməyib

Koreya Xalq Demokratik Respublikasının lideri Kim Çen İr, mədəaltı vəzin xərçəngindən əziyyət çəkir. ANS PRESS, İTAR-TASS-a istinadən xəbər verir ki, bu barədə məlumatı Cənubi Koreya televiziyalarından biri təcili xəbər kimi yayıb və mənbəni göstərməyib.
ABŞ və Cənubi Koreya kəşfiyyatı iddia edir ki, ötən ilin avqustunda Kim Çen İr insult keçirib və qismən iflic olub. Ehtimal olunur ki, o, son bir neçə ayı paytaxtda yoz, Vonsane şəhərindəki mülkündə yaşayır.
Xatırladaq ki, iyulun 8-də Şimali Koreyanın mərkəzi televiziyası, KXDR-in qurucusu, hazırkı ölkə başçısının atası Kim İr Senin ölümünün 15 illiyinə həsr olunmuş videoyazı nümayiş etdirib. Həmin kadrlarda Şimali Koreya lideri xeyli arıqlamış və yorğun görünüb. /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar