Şimali Koreya lideri ölkənin ikinci adamını işdən çıxardı
02 May 2014 Cümə 23:04
Kim Çen Inın bibisinin əri Çan Son Txekin edamından sonra Çxve Ren Xe ölkənin ikinci adamı sayılırdı.
Şimali Koreyanın ali rəhbəri Kim Çen In ölkə rəhbərliyində apardığı siyasi təmizləmə çərçivəsində hərbi rəis, vitse-marşal Çxve Ren Xeni işdən çıxarıb.
ANS PRESS-in məlumatına görə, Şimali Koreya ierarxiyasında ölkə lideri Kim Çen Indan sonra gələn vitse-marşal Çxve Ren Xe ordunun siyasi idarə rəisi vəzifəsini tuturdu. Artıq onun varisinin kim olacağı da məlumdur. Bu vəzifəyə aprelin sonunda vitse-marşal rütbəsi verilmiş partiya funksioneri Xvan Ben So gətiriləcək.
Keçən ilin dekabr ayından Şimali Koreya lideri Kim Çen Inın bibisinin əri Çan Son Txekin edamından sonra Çxve Ren Xe ölkənin ikinci adamı sayılırdı.
DOSTLARINLA PAYLAŞ: