Şimali Koreya Cənubi Koreyanı atəşə tutub
23 Noyabr 2010 Çərşənbə Axşamı 11:45
Nəticədə 60-70 yaşayış evi yanıb
Şimali Koreya Cənubi Koreya ərazisini atəşə tutub. “Reuters”in yaydığı məlumata görə, Şimali Koreya artilleriyası Cənubi Koreyaya aid olan adalardan birinə onlarla mərmi atıb. Nəticədə 60-70 yaşayış evi yanıb. Cənubi Koreya hərbçiləri cavab atəşi açıblar.
Xatırladaq ki, iki ölkə sərhədində sonuncu ciddi insident 2010-cu il martın 26-da baş verib. Həmin vaxt Şimali Koreya “Cheonan” hərbi gəmisini batırıb. Lakin BMT bu olayı araşdırsa da, hadisənin səbəbini müəyyənləşdirə bilməyib.
DOSTLARINLA PAYLAŞ: