Şimali Kiprdə texnokrat hökumət formalaşdırıldı
14 İyun 2013 Cümə 06:57
Prezident Dərviş Əroğlu artıq hökumətin tərkibini təsdiqləyib.
Şimali Kipr Türk Cümhuriyyəti Parlamenti Sibel Siberin başçılığı ilə "Cümhuriyyətçi Birləşmiş Güclər Türk Partiyası", "Milli Demokrat Güclər Partiyası" və "Toplumçu Demokrat Partiyası"ndan ibarət yeni texnokrat hökuməti təsdiqləyib.

Yeni nazirlər kabineti üzvlərinin siyahısı artıq Şimali Kipr prezidenti Dərviş Əroğluna təqdim edilib. Əroğlu bu tərkibi təsdiqləyib. İyunun 17-də o, parlamentdə hökumət proqramını elan edəcək.

Ayın 21-də hökumətə etimad səsverməsi keçiriləcək. İyulun 28-də isə növbədənkənar parlament seçkilərinin keçirilməsi planlaşdırılır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar