Şimalda avtobus qezası olub
07 Sentyabr 2013 Şənbə 21:20
Həlak olanların ikisi Latviya,qalanları Rusiya vətəndaşıdır.
Bu gün Rusiyanın Pskov vilayətində, Moskva - Riqa yolunda sərnişin avtobusları qəzaya uğrayıb. ANS PRESS-in Rusiya mətbuatına istinadla verdiyi məlumata görə, “MAN” və “Hyundai” avtobuslarının toqquşması nəticəsində doqquz nəfər həlak olub, onlardan biri uşaqdır.
Zərər çəkmiş 20 nəfərdən 13-ü xəstəxanaya yerləşdirilib. Həlak olanlardan ikisi Latviya vətəndaşıdır. Məlumata görə, Latviyanın “ECOLINES” şirkəti zərər çəkmiş müştərilərə və həlak olanların qohumlarına kompensasiya ödəyəcək.
DOSTLARINLA PAYLAŞ: