Şimal qütbündə ilk məscid açıldı
12 Noyabr 2010 Cümə 04:25
Yüzlərlə müsəlmanın iştirak etdiyi məscid açılışı vaxtı havanın hətarəti mənfi 8 dərəcəni göstərirmiş.
Kanadada, Şimal qütb dairəsinin daxilindəki İnuvik qəsəbəsində ilk məscid açılaraq möminlərin istifadəsinə verilib. Qeyd edək ki, 3 500 sakini olan qəsəbədə təxminən 80 nəfərə qədər müsəlman yaşayır. Məscid İngiltərənin Manitoba əyalətində yığılaraq gəmi və TIR-la qəsəbəyə gətirilib. Məsciddə qadınlara aid hissə, mətbəx və kitabxana var.

Kanada mətbuatının “Tunduranın kiçik məscidi” adlandırdığı məbədi “Zübeydə Tallab” fondu tikdirib. Məscidin açılışında çıxış edən fond rəsmisi Hüseyn Guisti çox həyəcanlı olduğunu bildirib. “Bu çox böyük bir həyəcan, sevinc və vəzfəsini ifa etmişlik duyğusudur”.

Kanadanın müxtəlif yerlərindən yüzlərlə müsəlmanın iştirak etdiyi məscid açılışı vaxtı havanın hətarəti mənfi 8 dərəcəni göstərirmiş. Daha əvvəl isə qəsəbənin müsəlman sakinləri ibadət etmək üçün köhnə bir vaqondan istifadə edirdi. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar