“Şimal axını” alıcılarını tapdı
19 Yanvar 2010 Çərşənbə Axşamı 13:45
İllik 20 milyard kubmetr təbii qazın alınmasına dair müqavilə imzalanıb
Rusiyanın “Qazprom” şirkəti “Şimal axını” qaz kəməri ilə Avropaya nəql olunacaq qazın digər yarısına da alıcısını tapıb.
ANS PRESS-in “bfm.ru” saytına istinadən yaydığı məlumata görə, boru kəmərinın tikintisi ilə məşğul olan dövlət konserninin başçısı Mattias Varninq “Avro” jurnalına müsahibəsində bildirib ki, Rusiya qazının növbəti istehlakçıları Almaniya, Danimarka, Fransa və Böyük Britaniya olacaq.
Artıq bu dövlətlərin hər biri illik 20 milyard kubmetr təbii qazın alınmasına dair müqavilə imzalayıblar.
Qeyd edək ki, Baltik dənizin dibindən keçəcək boru kəmərinin tikintisi artıq bu ilin aprel ayında başlanılacaq. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: