Silvio Berluskoni xəstəxanadan evə buraxılıb
17 Dekabr 2009 Cümə Axşamı 16:30
İtaliyanın baş naziri Silvio Berluskoni hücuma məruz qaldıqdan sonra müayinə olunduğu San Raffaele xəstəxanasından evə buraxılıb.
APA-nın məlumatına görə, Berluskoninin özəl həkimi Antonio Zanqrillo baş nazirin iş qabiliyyətini bərpa etmək üçün iki həftə istirahət etməli olduğunu bildirib. Jurnalistlərə Berluskonidən açıqlama almağa icazə verilməyib, media təmsilçiləri baş nazirin burnunun, üst dodağının və üzünün sol hissəsinin sarıqlı olduğunu qeyd edirlər. Xatırladaq ki, Silvio Berluskoni Milanda keçirdiyi mitinq zamanı Massimo Tartaqlia adlı 42 yaşlı italyanın hücumuna məruz qalıb. Tartaqlianın atdığı heykəlcik baş nazirin sifətinə dəyib və zərbə nəticəsində Berluskoninin burnu və iki dişi qırılıb, alt dodağı isə partlayıb. APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar