Silvio Berluskoni qayıdır
12 İyul 2012 Cümə Axşamı 12:39
İtaliyanın sabiq baz naziri Silvio Berluskoni siyasi fəaliyyətini bərpa edəcək.
İtaliyanın keçmiş baş naziri Silvio Berluskoni gələn il keçiriləcək parlament seçkilərində namizədliyini irəli sürəcəyini açıqlayıb. 2011-ci ilin noyabr ayında baş nazir vəzifəsindən istefa verən Berluskoni siyasətdən getdiyini açıqlamışdı.

Buna baxmayaraq, əvvəllər 3 dəfə baş nazir postuna seçilən Silvio Berluskoni yenidən siyasi fəaliyyətə başlamaq niyyətində olduğunu bildirib. Qeyd edək ki, İtaliyada parlament seçkiləri 2013-cü ilin yazında keçiriləcək. Hazırkı baş nazir Mario Monti seçkilərdə iştirak etməyəcəyini bəyan edib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar