Silvio Berluskoni həbs edildi
07 Mart 2013 Cümə Axşamı 16:08
Silvio Berluskoni həbs edilib. Məhkəmə ona həm də 80 min avro cərimə kəsib.
İtaliyanın sabiq baş naziri Silvio Berluskoni həbs edildi. ANS PRESS-in RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, Milan şəhər məhkəməsi Silvio Berluskonini BNL bankının (Banca Nazionale del Lavoro) "Unipol" sığorta qrupunun uğursuz əldə edilməsi işi üzrə 1 il həbs cəzasına məhkum edib. Berluskoninin məxfi informasiyanın açılmasında iştirakı təsdiqlənib.
Bundan əlavə onun kiçik qardaşı Paolo Berluskoni 2 il 3 ay azadlıqdan məhrum edilib. Məhkəmənin qərarına görə, Silvio Berluskoni və qardaşı keçmiş nazir Piero Fassinoya 80 min avro ödəməlidirlər. Onun əlavə olaraq 10 min avro məhkəmə xərci ödəməli olduğu dabildirilir.
DOSTLARINLA PAYLAŞ: