Silvio Berluskoni Avropa Birliyi liderlərini ittiham etdi
28 Oktyabr 2012 Bazar 01:06
Angela Merkel və Nikola Sarkozi məni siyasətçi kimi nüfuzdan salmaq istədilər.
İtaliyanın keçmiş baş naziri Silvio Berluskoni Avropa Birliyi ölkələrinin liderlərini onun əleyhinə sövdələşmədə günahlandırıb. “Lap əvvəldən Angela Merkel (Almaniya kansleri) və Nikola Sarkozi (Fransanın keçmiş prezidenti) məni siyasətçi kimi nüfuzdan salmaq istədilər. Lakin məni istefaya onların hərəkətləri yox, ölkənin maraqlarının qayğısına qalmağım vadar etdi”, - ANS PRESS-in Associated Press-ə istinadən verdiyi məlumata görə, Silvio Berluskoni deyib. İtaliyanın keçmiş hökumət başçısı Avropadakı borc böhranına da toxunub. O, bəyan edib ki, heç vaxt Almaniya və Fransanın böhranın aradan qaldırılması ilə bağlı siyasətini dəstəkləməyib.

Xatırladaq ki, Milan məhkəməsi Silvio Berluskonini 4 il müddətinə azadlıqdan məhrum edib. O, vergi ödəməkdən boyun qaçırmaqda təqsirli bilinib. Amnistiya ilə bağlı qanuna əsasən həbs müddəti 1 ilədək azaldıla bilər.

Silvio Berluskoni daha bir cinayət işində şübhəli hesab edilir. O, azyaşlı mərakeşli fahişənin xidmətlərindən istifadə etməkdə ittiham olunur. Keçmiş baş nazir təqsirli bilinsə, onu 15 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar