Silahlılar Dağıstanda milisə atəş açıb
29 Avqust 2010 Bazar 17:30
Zərərsizləşdirilən 3 nəfərin şəxsiyyəti artıq müəyyən edilib.
Dağıstanın Xasavyurt rayonunda hüquq-mühafizə orqanlarının həyata keçirdiyi əməliyyat nəticəsində 4 silahlı öldürülüb. Xasavyurt-Babayurt yolunda 2 minik avtomobilini sərnişinlərin sənədlərini yoxlamaq üçün saxlayan zaman avtomobildəki şəxslər hüquq-mühafizə orqanlarının əməkdaşlarına atəş açıb.
Cavab atəşi ilə avtomobillərdən birinin içindəki silahlı öldürülüb. Digər avtomaşın hadisə yerindən qaçmağa müvəffəq olsa da, milisin keçirdiyi əməliyyat nəticəsində onun içində olan daha 3 nəfər öldürülüb.
Artıq zərərsizləşdirilmiş 4 döyüşçüdən 3-nün şəxsiyyəti müəyyənləşdirilib. Onlardan biri Xasavyurt rayonunun ərazisində fəaliyyət göstərən silahli dəstənin başçısı Nəriman Satiyevdir. Dağıstan hüquq-mühafizə orqanlarından verilən məlumata görə, silahlı dəstənin başçısı, Tay boks üzrə üçqat dünya çempionu Nəriman Satiyev hüquq-mühafizə orqanları əməkdaşlarının həyatına qəsddə ittiham olunaraq federal axtarışda idi. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: