Konqoda döyüş sursatı anbarı ildırım vurməsı nəticəsində partlayıb.
Konqoda döyüş sursatı anbarında partlayış baş verib. ANS PRESS-in “Ria Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, partlayış zamanı 20 nəfər həyatını itirib, 50 nəfər yaralanıb.
Bundan əvvəl yerli hökümət orqanı nümayəndəsi bildirib ki, Mbuji-Mayi şəhərində anbar ərazisində ildırım vurməsı nəticəsində yanğın, daha sonra isə partlayış baş verib.
Şahidlərin verdiyi məlumata görə, ölənlər arasında qadınlar və uşaqlar da var. BMT məlumat verir ki, hadisə nəticəsində şəhərdə bir çox evlər dağılıb. Təşkilat vəziyyəti stabilləşdirmək üçün yerli hakimiyyət orqanlarına kömək etməyə hazır olduğunu bildirib.