Sidney şeheri yanır
11 Sentyabr 2013 Çərşənbə 13:54
Sidney şeherinde kol yanğınlarının miqyası genişlenir.
Avstraliyanın Sidney şəhəri yaxınlığında güclü yanğınlarla mübarizə davam edir. Yanğınlar artıq bir evi, bir neçə avtomobili tamamilə yararsız vəziyyətə salıb. Hazırda Avstraliyada havaların sərin keçməsi yanğınlarla mübarizəni yüngülləşdirsə də, Cənub yarımkürəsində yay fəslinin yaxınlaşması yanğını miqyasınını artması ehtimalını artırır.

Rəsmi qurumlar Sidneydə və onun ətrafında yuerləşən dörd müxtəlif ərazidə fövqəladə vəziyyət elan ediblər. Hazırda 21 müxtəlif yanğın nöqtəsi aşkar edilib.

Bu yanğınların baş vermə səbəbləri hələlik məlum deyil. Yerli qurumlar səbəb kimi insan faktorunun ola biləcəyini də ehtimal edirlər.


DOSTLARINLA PAYLAŞ:

oyunlar