Venesuela polisi Siciliya mafiyasının başçısını Karakasda həbs edib. O, Avropada ən çox axtarılan beş cinayətkardan biridir. ANS PRESS, İTAR-TASS-a istinadən xəbər verir ki, həbslə bağlı məlumatı Venesulanın daxili işlər naziri Tarek el Aissami verib.
Söhbət 63 yaşlı Slavator Miçelidən gedir. O, heroin, morfii və kokain qaçanmalçılığı ilə məşğul olub. Mafiya başçısı İtaliiya tərəfindən 2001-ci ildə axtarışa verilib. Daxili işlər naziri bildirib ki, Salvator Miçeli görkəmini dəyişdirmək üçün bir neçə plastik əməliyyat etdirib. Lakin Venesuela polisinin uğurlu əməliyyatı nəticəsində onu ələ keçirmək mümkün olub. Nazirin sözlərinə görə, İtaliyanın Venesueladakı səfirliyi və yerli hüquq-mühafizə orqanları Salvator Miçelinin deportasiyası ilə bağlı işlərə başlayıblar. /ANS PRESS/