Siciliya mafiyasının 20 il axtarışda olan lideri tutulub
08 Avqust 2013 Cümə Axşamı 19:51
"Koza nostra" mafioz qruplaşmasının başçısı dünən axşam öz malikanəsində həbs edilib.
Londonda İtaliya mafiyasının nüfuzlu liderlərindən biri, 20 il beynəlxalq axtarışda olan Domeniko Rankadore tutulub. ANS PRESS Britaniya polisinin yaydığı məlumata istinadən bildirir ki, 64 yaşlı “xaç atası” dünən axşam öz malikanəsində həbs edilib. Onun həbsi üçün Avropa orderi 2012-ci ilin yanvarında verilib.

İtaliya hakimiyyəti Rankadoreni Siciliyanın Trabiya şəhərində fəaliyyət göstərmiş "Koza nostra" mafioz qruplaşmasının başçısı sayır. 1990-cı illərin əvvəlində ona yeddi il həbs kəsilmişdi. İtaliya Daxili İşlər Nazirliyinin məlumatına görə, mafiya başçısı britaniyalı qızla evlənib və Londonda turizm şirkəti yaradıb, dəbdəbəli həyat sürür. Bu gün onun İtaliyaya ekstradisiyası gerçəklişdirilir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar