Show TV bağlana biler?
18 May 2013 Şənbə 15:42
Buna sebeb Show TV televiziyasının 75 milyon dollardan artıq borcunun olmasıdır.
Türkiyənin Əmanətlərin Sığortası Fondu (TMSF) "Çukurova Holdinq"ə məxsus media orqanları və şirkətləri müsadirə edib. ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, dünən "Show TV" binasına gedən qurum yetkililəri qərarı şirkət rəhbərlərinə təqdim ediblər.

Qərarın səbəbinin "Çukurova Holdinq"in bank kreditlərini ödəməməsi olduğu bildirilir. Borcun 75 milyon dollara yaxın olduğu bildirilir.

Qeyd edək ki, TMSF Türkiyədəki əmanətləri sığorta edən, idarə edən və dəyərləndirən dövlət qurumudur. Bank Sektorunu Tənzimləmə və Nəzarət Qurumu tərəfindən idarə və təmsil olunur. Əmanət sahiblərinin haqq və mənafelərini qorumaq üçün yaradılıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar