Şeyx Nasrallah yenidən “Hizbullah”ının lideri seçilib
20 Noyabr 2009 Cümə 16:15
Şeyx Həsən Nasrallah 6-cı dəfə Livan “Hizbullah”ının lideri seçilib.
APA-nın “Associated Press”ə istinadən verdiyi xəbərə görə, seçki hərəkatın konfransında keçirilib. Toplantının keçirildiyi məkan gizli saxlanılıb. Konfransda təşkilatın proqramına dəyişiklik də edilib. Dəyişiklik barədə şeyx Nasrallah özü məlumat verəcək.

Sonuncu dəfə “Hizbullah”ın rəhbərliyinə seçkilər 2004-cü ildə keçirilib. Adətən seçki 3 ildən bir olur, lakin 2006-cı ildə İsraillə müharibə üzündən 2 il təxirə salınıb. “Hizbullah” Livanın siyasi həyatında fəal iştirak edir. Hazırda ölkədəki koalisiya hökumətində “Hizbullah”dan 2 nazir var. Təşkilat parlamentdə də təmsil olunur.
APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar