Şeytan üçün rəfiqəsini qurban verib
14 Oktyabr 2014 Çərşənbə Axşamı 12:06
15 yaşlı Alyona Skrivankova öz 10 yaşlı rəfiqəsi Jitke Svexlovoyun barmaqlarını kəsib.
Çexiyanın Brno şəhərində şok hadisə baş verib.

ANS PRESS-in məlumatına görə, 15 yaşlı Alyona Skrivankova öz 10 yaşlı rəfiqəsi Jitke Svexlovoyun barmaqlarını kəsib.

Alyona barmaqları İblisə qurban aparmağa hazırlaşırmış. Hal-hazırda azyaşlı cinayətkar psixiatrik klinikasındadır onun qurbanı isə hospitaldadır.

Satanist kiçik yaşlarından öz qurbanıyla dostluq edirmiş. Oktyabrın başlanğıcında 15 yaşlı məktəbli qız rəfiqəsini meşəyə gəzməyə çağırıb. Meşənin içərilərinə çatanda Alyona Jitkeni ağaca bağlayıb və sonra onun barmaqlarını baltayla kəsib. Məktəbli qız bildirib ki, onları iblisə qurban aparacaq. 10 yaşlı qız ipləri açmağı bacarıb. Evə çatan qız hadisə haqda valideyinlərinə danışıb. Valideynlər dərhal təcili yardımı və polisi çağırıb.

"Biz cinayət yerinə gəldikdə Skrivankova əlində Svexlovoyun kəsilmiş barmaqlarıyla yerdə oturmuşdu", — deyə polis bildirib. Hakimiyyət nümayəndələrinin sözlərinə görə, onlar çoxdan belə cinayətlərlə rastlaşmayıblar. Hal-hazırda 10 yaşlı qız həkim nəzarətindədir. Onun neçə barmaq itirdiyi məlum deyil. Həmçinin satanisti hansı cəza gözlədiyi də bəlli deyil.


DOSTLARINLA PAYLAŞ:

oyunlar