Seyran Ohanyan: “Rusiya Ermənistanın təhlükəsizliyini təmin edəcək”
26 Avqust 2010 Cümə Axşamı 00:40
Seyran Ohanyan: “Dağlıq Qarabağ üçün təhlükə yaransa, Rusiya öz öhdəliklərini yerinə yetirəcək”.
“Sülh istəyən həmişə müharibəyə də hazır olmalıdır”. Bunu Ermənistanın müdafiə naziri Seyran Ohanyan “Azadlıq” radiosuna müsahibəsində deyib. Onun sözlərinə görə, rəsmi İrəvan hərbi əməliyyatların bərpası ehtimalını heç vaxt istisna etməyib: “Ermənistan silahlı qüvvələri hər zaman döyüş hazırlığındadırlar”.

Rusiya ilə Ermənistan arasında imzalanmış sazişdən danışan Seyran Ohanyan bildirib ki, təhlükənin haradan gəlməsindən asılı olmayaraq, Rusiya Ermənistanın təhlükəsizliyini təmin edəcək. Erməni nazirin sözlərinə görə, Dağlıq Qarabağ separatçı rejiminin təhlükəsizliyinin təminatçısı Ermənistandır. O, əminliyini ifadə edib ki, bu rejim üçün təhlükə yaransa, Rusiya özünün müttəfiqlik və müqavilə üzrə öhdəliklərini yerinə yetirəcək.

Erməni nazir bu ölkənin ordusundakı son insidentlərə və özbaşınalıqlara da toxunub. Onun sözlərinə görə, “bəzi hərbi hissələrdə kədərli insidentlər” baş verib: “Biz hesab edirik ki, bunun günahı aşağı və yuxarı komandir heyətindədir. Həmin hərbi hissələrdə intizam işi lazımi səviyyədə qurulmayıb, ən əsası nəzarət aşağı səviyyədə olub”. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar