Seyran Ohanyan: “Müharibə bəyanatları bizi qorxutmur”
27 Yanvar 2010 Çərşənbə 16:25
Seyran Ohanyan:“Biz qalib orduya malikik və sülh tərəfdarıyıq”
“Azərbaycanın müharibə bəyanatları bizi qorxutmur”. Bunu Ermənistan ordusunun 18 illiyinə həsr edilmiş rəsmi mərasimdə müdafiə naziri Seyran Ohanyan deyib. Onun sözlərinə görə, ordu Ermənistan sərhədlərini etibarlı qoruyur: “Biz qalib orduya malikik və sülh tərəfdarıyıq. Biz ayıqlığımızı qoruyuruq və daim müasirləşirik”.

Seyran Ohanyan onu da deyib ki, birinci Qarabağ savaşından sonra Ermənistan ordusu güclənib və hazırda bölgənin ən güclü ordularından biridir. Onun sözlərinə görə, Ermənistanda ordu müasirləşir və özünün beynəlxalq nüfuzundan istifadə edir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar