Səyahətyə çıxan cütlüyə balina şoku
21 İyul 2010 Çərşənbə 21:55
9 metrlik balina yelkənli qayığı zədələyib.
Cənubi Afrika sahillərində yelkənli qayıqla səyahətə çıxan cütlük dənizin ortasında ölüm təhlükəsi ilə üz-üzə qalıblar. Suyun içərindən sıçrayaraq havaya qalxan 9 metr uzunluğundakı balina qayığa çırpıldıqdan sonra aradan çıxıb.

Paloma Verner və Ralf Mothes cütlüyünün “Fiberqlas” qayığına çırpılan balina qayığın yelkənlərini zədələyib. Təqribən 100 metr məsafədən balinanın yaxınlaşdığını görən cütlük adətən insanlara zərər verməyən bu su heyvanın qayığın üstünə sıçrayacağını gözləmədiklərini bildiriblər. Yelkənləri zədələnmiş qayıq həm də mühərrikələ işlədiyindən əraziyə xilasedicilərin gəlməsinə ehtiyac olmayıb.

Ekspertlər isə çılğın balinanın yaşının az olduğuna görə insanlarla ünsiyyətə uyğunlaşmadığını bildiriblər.
Baş verən hadisənin şəkillərini çəkən yaxınlıqdakı turist qayıqları isə balinanın heç də aqressiv olmadığını, əks halda balaca bir qayığı məhv etməyin 9 metrlik balina üçün çox asan bir iş olduğunu vurğulayıblar. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar