Sevastopolun rəhbəri seçicilərin məcbur edilməsi ilə bağlı açıqlama verdi
16 Mart 2014 Bazar 13:14
Dmitri Belik: Sevastopol sakinləri kütləvi referenduma gedirlər, onları heç kim məcbur etmir.
Sevastopol Administratsiyasında müvəqqəti olaraq idarəçilik səlahiyyətlərinə malik olan Dmitri Belik referendumda iştirak edib. ANS PRESS-in məlumatına görə, Sevastopolun müvəqqəti rəhbəri Dmitri Belik səs vermə məntəqəsinə gəlib və səs verib.

Dmitri Belik jurnalistlərə açıqlamasında heç kəsin referenduma gəlmək üçün məcbur edilmədiyini bildirib: "Sevastopol sakinləri kütləvi referenduma gedirlər, onları heç kim məcbur etmir, onlar öz şüurlu seçimini edirlər".

Qeyd edək ki, Sevastopolda 192 açıq tipli seçki məntəqəsi fəaliyyət göstərir. Ümumilikdə siyahıda 306 min seçicinin adı qeyd olunub.

Seçki prossesində 50 xarici müşahidəçinin iştirak etdiyi bildirilir. Yalnız referendumun işıqlandırılması üçün Sevastopolda 15 ölkədən 200-dən çox jurnalist göndərilib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar