Seul - Tel Əviv sərnişin təyyarəsi İstanbula təcili eniş edib
06 Oktyabr 2010 Çərşənbə 05:40
Seul - Tel Əviv sərnişin təyyarəsi İstanbula təcili eniş edib. Enişə səbəb isə təyyarənin səğ kokpit şüşəsində meyada gələn nasazlıq olub.
Koreya havayollarına aid Seul-Tel Əviv reysi ilə hərəkət edən sərnişin təyyarəsi İstanbula təcili eniş edib. Enişə səbəb isə “Airbus A330” tipli təyyarənin səğ kokpit şüşəsində meyada gələn nasazlıq olub. Məlumata görə, Seuldan havaya qalxan təyyarənin sağ kokpit (windshield) şüşəsində çatlama meydana gəlib. Təyyarənin pilotu isə 200 sərnişinin həyatını təhlükəyə atmamaq üçün Türkiyə vaxtı ilə saat 23.00-də (Bakı vaxtıyla 01.00) ən yaxın hava limanı olan İstanbul “Atatürk” hava limanına təcili eniş edib.

Qeyd edək ki, nasazlıq meydana gələn təyyarə təmirə dayanıb, sərnişinlər isə şəhərdəki müxtəlif otellərə yerləşdrilib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar