Səudiyyə şahzadəsi otelə 6 milyon avro ödəmədən qaçmaq istəyib
03 İyun 2012 Bazar 01:10
Məsələyə Səudiyyə Ərəbistanının Fransadakı səfiri və polis qarışıb.
Səudiyyə Ərəbistanının şahzadəsi Maha əl-Sudaini Parisdəki “Shangri-La” otelinə 6 milyon avroluq borcunu ödəmədən qaçmaq istəyib. ANS PRESS-in məlumatına görə, xəbəri “Le Parisien” qəzeti yayıb.

Səudiyyə Ərəbistanının vəliəhdi Naif ibn Abdel Əzizin keçmiş həçyat yoldaşı otelə 2011-ci ilin dekabrından yerləşib və bütün mərtəbəni kirayələyib. O, iyunun 1-inə keçən gecə 60 xzidmətçisi ilə birlikdə oteli tərk etməyə çalışıb və otelin borcunu ödəməyi “unudub”.

Otelin qapıçıları polis çağırıb. Şahzadə Səudiyyə Ərəbistanın səfiri ilə əlaqə saxlayıb. Səfir isə bildirib ki, Maha əl-Sudaininin diplomatik toxunulmazlığı var. Tərəflərin problemi necə həll etdiyi məlum deyil. Otelin sahibləri jurnalistlərə bildiriblər ki, borcun ödənilməsi ilə bağlı heç bir iddiaları yoxdur.

Bu, şahzadə ilə bağlı ilk qalmaqal deyil. 2009-cu ildə “Key Largo” mağazalar şəbəkəsi bəyan etmişdi ki, Maha əl-Sudaininin 89 min avroluq kredit borcu var.


DOSTLARINLA PAYLAŞ:

oyunlar