Səudiyyə Ərəbistanının kralı qadın sürücünün cəzasını ləğv etdi
29 Sentyabr 2011 Cümə Axşamı 03:22
Avtmobil idarə edən qadın şallaq cəzasından xilas oldu.
Səudiyyə Ərəbistanının kralı Abdulla ibn Əbdel Əziz Ciddə məhkəməsinin avtomobil sürdüyünə görə Şayma Yastayna adlı qadının 10 şallaq cəhasına məhkum edilməsi ilə bağlı qərarını ləğv edib.
Səudiyyə Ərəbistanında qadınlara avtomobil idarə etmək qadağası rəsmən yoxdur. Lakin onlara sükan arxasına keçməyə icazə verilmir və bu, dinlə əlaqələndirilir.
Şayma Qasiniyyə barəsində cəza kralın qadınlara siyasi azadlıqların, ilk növbədə bələdiyyə seçkilərində iştirak etmək hüququnun verilməsi barədə bəyanatından iki gün sonraya təsadüf edib. Bu qərar eyni əmələ görə ilk məhkəmə hökmü hesab edilir. Əvvəllər avtomobil idarə edən qadınlar bir neçə gün polis tərəfindən saxlanılırdılar. Lakin onlar barəsində məhkəmə hökmü olmurdu.
Kralın atdığı humanist addımdan əvvəl “Amnesty İnternational” təşkilatı Ciddə məhkəməsinin qərarına qarşı çıxmışdı.
ANSPRESS
DOSTLARINLA PAYLAŞ: