Səudiyyə Ərəbistanının kralı ABŞ-da əməliyyat olundu
25 Noyabr 2010 Cümə Axşamı 01:50
Cərrahiyyə əməliyyatı kralın onurğa sütununda aparılıb
Səudiyyə Ərəbistanının kralı Abdulla ibn Abdel Əziz ABŞ-ın ən nüfuzlu xəstəxanalarından olan “New York-Presbyterian Hospital”da əməliyyat olunub. “Associated Press” agentliyi adı açıqlanmayan ərəb diplomata istinadən məlumat yayıb ki, cərrahiyyə əməliyyatı kralın onurğa sütununda aparılıb.
Ötən həftə kral Abdulla kürək nahiyəsində güclü ağrı hiss edib. Ona onurğarası yırtıq diaqnozu qoyulub. Kral şəxsi həkimlərinin tövsiyyəsi ilə ABŞ-a müalicəyə göndərilib. Nyu-Yorka noyabrın 22-də yollanan Abdulla ibn Abdel Əziz ali hakimiyyəti varisi Xalid bin Sultan Əbdül-Əzizə təhvil verib.
Kralın əməliyyat olunduğu “New York-Presbyterian Hospital” ABŞ-ın altı ən yaxşı klinikasından biridir.
DOSTLARINLA PAYLAŞ: