Səudiyyə Ərəbistanından niqab açılımı
26 İyul 2010 Bazar Ertəsi 05:30
Səudiyyəli alim Avropa ölkələrində niqab qadağasına qarşı qadınların üzlərinin açmasının mümkün olduğunu bildirib.
S. ərəbistanlı alim Şeyx Aid əl-Qarni niqab qadağasının olduğu ölkələrdə səudiyyəli qadınların üzlərini açmalarının uyğun olması istiqamətində fətva verib. Əl-Qarni bu fətvanı, niqabın qadağan olunduğu Fransada səudiyyəli qadınların necə hərəkət etməli olduğu barədə sualı cavablandırarkən verib.

Bəzi Avropa ölkələrində niqabın qadağan olunmasını tənqid edən əl-Qarni, buna baxmayaraq müsəlmanların bu ölkələrdə qanunlara riayət etməməsinin daha təhlükəli ola biləcəyini deyib.

Qeyd edək ki, Əl-Qarninin bu fətvası dünənki “Əl-Həyat” qəzetində yayımlanaraq qüvvəyə minib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar