Səudiyyə Ərəbistanında qadınların qeyri-adi etirazı
18 İyun 2011 Şənbə 11:38
Onlarla zərif cinsin nümayəndəsi sükan arxasına keçib.
Ötən gün Səudiyyə Ərəbistanında qeyri-adi səhnə ilə rastlaşmaq olardı. Belə ki, qadınların avtomobil idarə etmələri qadağan olunan bu ölkədə onlarla zərif cinsin nümayəndəsi sükan arxasına keçib. Onlar həbs hədələrinə məhəl qoymayaraq sosial şəbəkələrdəki çağırışlara cavab veriblər.

“Əgər mən özüm avtomobili idarə edə bilirəmsə onda məni harasa aparmaq üçün mənim yaxınlarım və ya həyat yoldaşıma gərək yoxdur. Mən uşaqları məktəbə aparıb-gətirə bilərəm. Onda da taksi sürücüləri ilə hər hansı bir problem olmaz. Mən bu zaman daha təhlükəsiz olaram”,- deyə həmin fəal səudiyyəli xanımlardan biri deyib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar