Səudiyyə Ərəbistanında ölənlərin sayı artıb
30 Yanvar 2011 Bazar 17:25
Sel suları Ciddə şəhərinə böyük ziyan vurub.
Səudiyyə Ərəbistanının Ciddə şəhərində bu həftənin ortalarından davam edən daşqın nəticəsində ölənlərin sayı 11 nəfərə çatıb, 100 nəfər xəsarət alıb. Sel suları təxminən 11 min avtomobilə ziyan vurub.

Qeyd edək ki, Ciddə şəhərində daşqına aramsız yağan yağışlar səbəb olub. Sel suları altında Səudiyyə Ərəbistanının qərb əyalətləri qalsa da, ən ciddi vəziyyət Ciddə şəhərində yaranıb. Suyun hündürlüyü bəzi yerlərdə 1 metrə çatıb. Minlərlə insan öz evlərində və iş yerlərində təcrid olunmuş vəziyyətdə qalıb.

Xilasedicilər 2000-ə yaxın insanı təbii fəlakətin əlindən xilas etməyə müvəffəq olub. Region rəhbərliyi təbii fəlakətlə mübarizəyə aviasiya və digər xüsusi texnika cəlb edib. Ehtiyacı olanlar müvəqqəti sığınacaqla təmin edilib. Təbii fəlakətin vurduğu maddi ziyan 800 milyon dollar həcmində qiymətləndirilir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar