Həcc ziyarəti mövsümünün yaxınlaşdığı bir vaxtda Səudiyyə Ərəbistanında A qripindən ilk ölüm halı qeydə alınıb. Vəfat edən şəxsin ölkənin şərqində yaşadığı bildirilib. Hazırda Səudiyyə Ərəbistanında 300-dən artıq insan bu epidemiyadan əziyyət çəkir.
Xatırladaq ki, ötən həftə Qahirədə ərəb ölkələrinin səhiyyə nazirlərinin toplantısında donuz qripi ilə bağlı 65 yaşından yuxarı, 12 yaşından aşağı şəxslərin Həcc ziyarətinə gəlməsinə məhdudiyyətdlər qoyulub.
Qeyd edək ki, artıq Azərbaycana qonşu ölkələrdə də qrip yayılmaqdadır. Qazaxıstanda qripə tutulanların sayı bir neçə gün ərzində iki dəfə artıb. Artıq Qazaxıstanda 13 nəfər bu virusdan əziyyət çəkir. Rusiyada isə 18 nəfərdə A qripi təsdiqlənsə də, təkcə Yekaterinburqda 23 nəfər epidemiya simptomları ilə xəstəxanaya yerləşdirilib.