Ərəbistan şahzadəsi “General Motors”da pay aldı
24 Noyabr 2010 Çərşənbə 02:45
Kral ailəsinin üzvü Əl-Valid bin Talal şirkətin hər səhminə 33 dollar ödəyib
Səudiyyə Ərəbistanından olan milyarder, kral ailəsinin üzvü şahzadə Əl-Valid bin Talal “General Motors” şirkətinin paylarının 1 faizini alıb. O, qiymətğli kağızlar paketinə 500 milyon dollar ödəyib.

Analoji paketə-15,2 milyon adi səhmə (və ya 1 faiz) Çinin avtomobil istehsalçısı SAİC sahib olub. Bu şirkət də 500 milyon dollar ödəyib və hər bir səhmi 33 dollara alıb. Əvvəllər Amerika avtomobil istehsalçısının qiymətli kağızlarını Küveyt investisiya fondu ((Kuwait Investment Authority) da almağı planlaşdırırdı. Lakin səhmlərin qiyməti artdıqdaq sonra fond bundan imtina edib.

Ümumilikdə səhmlərin ilkin yerləşdirilməsi “General Motors”a 20 milyard dollardan çox vəsait qazandırıb. Bu, ABŞ hökumətinə avtomobil istehsalçısındakı payını əhəmiyyətli dərəcədə azaltmaq imkanı verib. Əvvəlcədən bildirilmişdi ki. səhmlərin ilkin yerləşdirilməsi uğurla başa çatsa, “General Motors” yenidən iri bank kreditlərinə bel bağlaya bilər.


DOSTLARINLA PAYLAŞ:

oyunlar