Səudiyyə Ərəbistanı və Peru sellə boğuşur
28 Yanvar 2011 Cümə 12:00
Ciddə şəhərində onlarla ev, avtomobil, yollar sel suları altında qalıb, elektrik enerjisi kəsilib.
Səudiyyə Ərəbistanında şiddətli yağışlar sellə nəticələnib. ANS PRESS-in CNN Türk-ə istinadən verdiyi məlumata görə, Ciddə şəhərində həyat iflic olub, onlarla ev, avtomobil sel suları altında qalıb, yollar bağlanıb, elektrik enerjisi ilə təhcizat dayandırılıb. İnsanlar evlərindən çölə çıxa bilmirlər. Vətəndaşlara evlərindən çıxmamaq barədə xəbərdarlıq edilib.

Hələlik, təbii fəlakət nəticəsində tələfat və ya dağıntının olub-olmamsı barədə məlumat yoxdur. İnsanlar 2009-cu ildə 120 nəfərin ölümü ilə nəticələnən sel fəlakətinin təkrarlanacağından narahatdırlar.

Yağışların həyatı iflic etdiyi daha bir ölkə isə Perudur. Sel suları şəhərdə bəzi yolların və körpülərin dağılmasına səbəb olub. Xilasedicilər çarəsiz qalan insanların xilası üçün səfərbər olublar. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar