Səudiyyə Ərəbistanı Suriyaya döyüşmək üçün mindən çox məhkum göndərib
10 Sentyabr 2013 Çərşənbə Axşamı 08:07
Ölüm cəzası kəsilmiş məhkumlar həyatlarını döyüşmək müqabilində satın alıblar.
Səudiyyə Ərəbistanı Bəşər Əsəd qüvvələri ilə döyüşmək üçün Suriyaya min 300 nəfərdən çox ölüm hökmü kəsilmiş məhkumlar göndərib. ANS PRESS-in məlumatına görə, USA Today qəzetinin elektron versiyası belə bir iddia ilə çıxış edib.

Məlumatda döyüşlərdə iştirak müqabilində onlkarın əfv ediləcəkləri bildirilir. Məqalədə bu ilin aprel ayında Səudiyyə Ərəbistanı daxili işlər nazirinin öyüşəcəkləri təqdirdə 1239 ölüm cəzası kəsilımiş məhkumun əfv ediləcəyi və ailələrinə ayda pul veriləcəyi bildirilir.

Qəzet həmin məhkumların arasında Əfqanıstan, Misir, İraq, İordaniya, Pakistan, Somali, Sudan, Suriya, Küveyt və Yəmən vətəndaşlarının olduqlarını yazır. Onlar narkotik maddə satmaq və qadınları zorladıqlarına görə, Səudiyyə Ərəbistanında ölüm hökmünə layiq görülüblər.



DOSTLARINLA PAYLAŞ:

oyunlar