Səudiyyə Ərəbistanı kralı qızlarını ac qoyur
03 İyun 2014 Çərşənbə Axşamı 06:17
Səudiyyə Ərəbistanı kralının qızları aclıqla tərbiyə edilir.
Səudiyyə Ərəbistanında yaşayan qadınların haqqlarını müdafiə etdikləri üçün ölkənin kralı qızlarının həbs olunmasını əmr edib.
ANS PRESS-in məlumatına görə, iki aydır aclıqla tərbiyə edilən iki Səudiyyə şahzadəsi "RT" televiziyası ilə canlı bağlantı quraraq kral binasında zorla tutulduqlarını bildiriblər.
Televiziya ilə əlaqə salayan şahzadə Səhər ilə şahzadə Cəvahirdən başqa, digər bacıları Şahzadə Maha və Şahzadə Hala da eyni yerdə saxlanılır.
Bacılar az miqdarda qida verilməsindən və bayıra çıxmaq hüquqlarının azladılmasından şikayət ediblər: ''Kral suallarımıza cavab vermək məcburiyyətindədir. Günahımız nədir? Nə günah eləmişik?''
Qeyd edək ki, qızlar xarici mətbuata verdikləri açıqlamalarda atalarının onların şəxsiyyət vəsiqələrini əllərindən aldığını və atasına qarşı digər sərt fikirlər səsləndirmişdilər. Buna görə də kral 2002-ci ildə qızlarını ev həbsi ilə cəzalandırıb.
DOSTLARINLA PAYLAŞ: