Səudiyyə Ərəbistanı kralı ilə bağlı qalmaqal
15 Avqust 2012 Çərşənbə 12:47
Avropa Ayrokosmik konserninin filialı kontrakta yiyələnmək məqsədilə külli miqdarda rüşvət verməkdə şübhəli bilinir.
Britaniyanın iri maliyə maxinasiyalarını araşdıran təhqiqat bürosunda Avropa Aerokosmik konserninin korrupsiya qalmaqalı məsələsini nəzərdən keçirir. İri İEYDS konserninin “Cipiti” filialı 3 milyard dollarlıq kontrakta yiyələnmək məqsədilə Səudiyyə Ərəbstanı hökümətinə iri məbləğli rüşvət verməkdə şübhəli bilinir.

İstintaq məlumatlarına əsasən, çirkli pullar Kayman adalarındakı bank hesablarına köçürülüb. Bundan başqa kral ailəsinə bahalı maşın, qiymətsiz bəzək əşyalarından ibarət hədiyyələr edilib.

Britaniya kütləvi informasiya vasitələri istintaqın yeni başlanmasına baxmayaraq, şirkət əməkdaşlarından birinin korrupsiya faktı haqqında məlumatın hələ beş il əvvəl İEYDS rəhbərliyinə çatdırdığını xəbər verir.

Qeyd edək ki, xüsusi layihə menecmenti şirkəti olan “Cipiti” kral ailəsinin mühafizəsinə cavabdeh olan Milli Qvardiyanı kommunikasiya və intranet xidmətləri ilə təchiz edir.



DOSTLARINLA PAYLAŞ:

oyunlar