Səudiyyə Ərəbistanı iş vaxtını ramazan ayına görə tənzimlədi
03 Avqust 2010 Çərşənbə Axşamı 00:20
Qanunlara görə 8 saat olan iş vaxtı sadəcə ramazan ayı müddətində 6 saat olaraq müəyyənləşib.
Səudiyyə Ərəbistanının əmək və əhalinin sosial müdafiəsi naziri Abdulvahid bin Xalid əl-Humaid ramazan ayı səbəbilə iş vaxtında dəyişiklik olduğunu bildirib. ANS PRESS “Anadolu” agentliyinə (AA) istinadən xəbər verir ki, qanunlara görə 8 saat olan iş vaxtı sadəcə ramazan ayı müddətində 6 saat olaraq müəyyənləşib. Nazir açıqlamasında bu tənzimlənmənin ramazan orucunun çətinlik çəkilmədən tutulması məqsədini daşıdığını bildirib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: