Seudiyye Erebistanı BMT-den imtina etdi
18 Oktyabr 2013 Cümə 16:02
Resmi Er-Riyad bu addımını BMT TŞ-nın "ikili siyaseti"ne etiraz olaraq atdığını beyan edib.
Səudiyyə Ərəbistanı BMT-nin Təhlükəsizlik Şurasında yerindən imtina edib. Rəsmi Ər-Riyad Təhlükəsizlik Şurasının işinin qeyri-effektivliyinə və beynəlxalq problemlərin həllində ikili standartlar siyasətindən istifadə etdiyinə görə bu addımı atdığını bəyan edib.
Səudiyyə Ərəbistanı BMT-nin Təhlükəsizlik Şurasını Fələstin problemini həll etmək qabiliyyətinin olmamasında, eləcə də Suriyada müharibəyə son qoya bilməməkdə və bu ölkənin prezidenti Bəşər Əsədə qarşı sanksiyalar tətbiq edə bilməməkdə ittiham edib.
Ötən gün Səudiyyə Ərəbistanı öz tarixində ilk dəfə BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olmuşdu. Onunla birlikdə Nigeriya, Çad, Litva və Çili də bu qurumun növbəti qeyri-daimi üzvləri seçilib.
DOSTLARINLA PAYLAŞ: