Seudiyye Erebistanı BMT-den çıxıb
19 Oktyabr 2013 Şənbə 15:16
BMT nümayəndələri Səudiyyə Ərəbistanın təşkilatdan imtina eməsi xəbərini sadəcə ərəb mediyasından eşidiblər.
Birləşmiş Millətlər Təşkilatının tarixində baş verən gözlənilməz hadisə büğün dünyanın təəcübünə səbəb olub. Səudiyyə Ərəbistanı təşkilatdan çıxdığını elan edib. Amma hələlik təşkilata bununla bağlı heç bir rəsmi müraciət olunmayıb. BMT nümayəndələri Səudiyyə Ərəbistanın təşkilatdan imtina eməsi xəbərini sadəcə ərəb mediyasından eşidiblər. Ərəb Kütləvi İnformasiya Vasitələrinin yaydığı məlumata görə Rəsmi Ər-Riyad Təhlükəsizlik Şurasının işinin qeyri-effektivliyinə və beynəlxalq problemlərin həllində “İkili standartlar”a yol verməsinə görə bu addımı atdığını bəyan edib. Artıq Birləşmiş Millətlər təşkilatının baş katibinin sözçüsü məsələyə münasibət də bildirib.
BMT baş katibliyinin sözçüsü, Martin Nesirski: “Düşünürəm ki, diplomatik praktikada bu cür bəyanatların yazılı formada gəlməsi normal haldır. Biz məsələdən əmin deyilik. Ona görə, hələlik nəsə söyləməyə ehtiyat edirik. Lakin, əlbəttə artıq hər kəs ərəb mediyasının yaydığı xəbərdən məlumatlıdır”.
Səudiyyə Ərəbistanı BMT-nin Təhlükəsizlik Şurasını Fələstin problemini həll etmək qabiliyyətinin olmamasında, eləcə də Suriyada müharibəyə son qoya bilməməkdə və bu ölkənin prezidenti Bəşər Əsədə qarşı sanksiyalar tətbiq edə bilməməkdə ittiham edib. Ötən gün Səudiyyə Ərəbistanı öz tarixində ilk dəfə BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olmuşdu. Onunla birlikdə Nigeriya, Çad, Litva və Çili də bu qurumun növbəti qeyri-daimi üzvləri seçilib.
DOSTLARINLA PAYLAŞ: