Səudiyyə Ərəbistan kral taxtının varisi vəfat edib
22 Oktyabr 2011 Şənbə 13:24
Səudiyyə Ərəbistanı kral taxtının varisi Sultan bin Əbdüləziz əl Səud vəfat edib.
APA-nın xarici KİV-ə istinadən verdiyi məlumata görə, onun ABŞ-da vəfat etdiyi açıqlanıb. 86 yaşı olan Sultan bin Əbdüləziz əl Səudun 2004-cü ildən yoğun baxırsaq xərçəngi xəstəliyindən əziyyət çəkdiyi bildirilib.
O, 2009-cu ildə ABŞ-ın Nyu-York şəhərində cərrahiyyə əməliyyatı olunub, ötən ay müalicə üçün yenidən Nyu-Yorka gedib.

Səudiyyə Ərəbistanının Krallıq Dəftərxanası onun ölüm xəbərini təsdiqləyib.

Qeyd edək ki, Sultan bin Əbdüləziz əl Səud Səudiyyə Ərəbistanı Krallığının varisi olmaqla yanaşı, baş nazirin müavini, müdafiə və aviasiya naziri vəzifəsini tutub. Sultan bin Əbdüləziz əl Səud Səudiyyə kralı Abdulla ibn Əbdül Əzizin qardaşıdır.
Hazırda kral taxtının varisi daxili işlər naziri şahzadə Naif sayılır. APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar