Sətəlcəm olmuş Markesdən xəbər var
05 Aprel 2014 Şənbə 06:17
Nobel mükafatı laureatı Qabriel Qarsia Markesin xəstəxanada müalicəsi davam edir.
ANS PRESS-in xəbərinə görə, Nobel mükafatı laureatı, dünya şöhrətli yazıçı Qabriel Qarsia Markes iki gün əvvəl Meksikada xəstəxanaya yerləşdirilmişdi.

Məsələ ilə bağlı Kolumbiyanın Meksika səfiri Xose Qabrile Ortis açıqlama verərkən, yazıçının sağlamlığı üçün təhlükə olmadığını, sadəcə, qrip olduğunu vurğulamışdı.

Mexikodakı xəstəxanadan son verilən məlumatda isə yazıçının səhhətinin artıq yaxşılaşdığı, əgər belə davam edərsə, aprelin 8-i, çərşənbə axşamı günü çıxarılacağı deyilir.

Qeyd edək ki, ömrünün son 30 ilini Meksikada yaşayan 87 yaşlı yazıçı "sətəlcəm" diaqnozu ilə Mexikodakı xəstəxanaya yerləşdirilib.

XX əsrin ən böyük yazıçılarından sayılan Markesin “Yüz ilin tənhalığı”, “Patriarxın payızı”, “Polkovnikə məktub yoxdur” və d. əsərləri dünyanın bir çox dillərinə, o cümlədən bizim dilimizə tərcümə edilib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar