ŞƏT ölkələri Çindən 10 mlrd dollar kredit alacaqlar
16 İyun 2009 Çərşənbə Axşamı 13:15
Bu barədə Çinin sədri Xu Szintao bildirib

 

Çin Şanxay Əməkdaşlıq Təşkilatı ölkələrinə 10 mlrd dollar məbləğində kredit verəcək. BBC-nin məlumatına görə, bu məbləğ ölkələrə böhranın nəticələrinin aradan qaldırmaq üçün ayrılacaq.

“Bizim ölkələr Şanxay İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində kooperasiyanı gücləndirməlidirlər. Yalnız bu yolla biz böhrana tab gətirə, təşkilatımızı gücləndirə bilərik”, deyə bu gün Yekaterinburda keçirilən sammitdə Çinin sədri Xu Szintao bildirib.

Xatırladaq ki, bu gün Rusiyanın Yekaterinburq şəhərində Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin rəhbərlərinin və müşahidəçi ölkələrin nümayəndələrinin iştirakı ilə geniş tərkibdə iclas başlayıb. Ria Novosti agentliyinin məlumatına görə, toplantıda Rusiya, Qazaxıstan, Çin, Qırğızıstan, Tacikistan və Özbəkistan, həmçinin İran və Pakistan prezidentləri, Hindistanın baş naziri və Monqolustan prezidentinin xüsusi nümayəndəsi iştirak edir./ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar