Səsini itirən qadına boğaz nəql edildi
22 Yanvar 2011 Şənbə 12:45
İki günə yaxın davam edən əməliyyatdan sonra amerikalı qadın yenidən danışmağa başlayıb.
Səsini həmişəlik itirən amerikalı qadın yenidən danışmaq imkanı qazanıb. Bu onun üzərində aparılan unikal cərrahiyyə əməliyyatı nəticəsində mümkün olub. Boğazın bərpası üzrə 52 yaşlı Kaliforniya sakini Modesto Brenda Çerret Yensen üzərində aparılan əməliyyat 18 saatdan artıq davam edib. Əməliyyatdan iki həftə sonra qadın ilk sözlərini deməyə başlayıb.

Qadınla birlikdə mətbuat konfransı keçirən həkimlərin sözlərinə görə, diabetdən əziyyət çəkən xəstənin səs telləri 1998-ci ildə böyrək çatışmazlığı diaqnozu ilə xəstəxanaya yerləşdirilikdən sonra zədələnib.
Belə ki, o, tez-tez ağzındakı tənəffüs borusunu çıxarıb və nəticədə qırtlağı zədələnib. Travmalarla əlaqədar olaraq o, iybilmə qabiliyyətindən də məhrum olub.

Transplantasiyaya kimi qadın elektron səs çıxaran avadanlıqla danışıb.

Əməliyyat zamanı həkimlər Brendaya qırtlaq və bədbəxt hadisə nəticəsində ölmüş donordan götürdükləri qalxanabənzərvəzi köçürüblər. Əməliyyat üçün Kaliforniya Universitetinin tibb mərkəzində iki il hazırlıq aparılıb. Amerikalı mütəxəssislərə Böyük Britaniya və İsveçdən olan həmkarları da kömək edib. İndi o həm danışa, həm də qoxu ayırd edə bilir.

Baş cərrah Qreqori Faruellin sözlərinə görə, boğaz kiçik sinir sistemləri olan çətin quruluşa malikdir. İnsan saçından nazik olan iplərlə sinirlər bir birinə tikilməli olub. Güclü mikroskopların köməyi ilə sinirlərin tikilməsinə 10 saat vaxt gedib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar